Rabitə və TV xidməti
Ofisinizin müasir rabitə vasitələri ilə təmin edilməsi bizim əsas vəzifəmizdir. «Qafqaznet MMC» şirkətinin imkanları qoşulma zamanı ən yeni texnologiya və servislərdən istifadə etməyə imkan verir. Bunun üçün zəruri avadanlıq həm icarəyə verilə bilər, həm də satıla bilər. Müştərimiz olaraq siz hər zaman fərdi tarifikasiya şərtləri və sutka ərzində daimi yardım və dəstəyə güvənə bilərsiniz.
IP-telefoniya ─internet üzərindən zəng etmək imkanıdır. Rabitənin bu növü şəhər, beynəlxalq, şəhərlərarası və mobil şəbəkəyə çıxış daxil olmaqla, bütün növ telefoniyalara çıxışı təmin edir. Zərurət olarsa, onları çoxkanallı etmək olar. Bir qayda olaraq, qoşulma üç gündən artıq çəkmir, rabitənin keyfiyyəti isə adi telefon şəbəkəsi ilə olan rabitədən heç də pis deyil. Digər şəhər və ölkələrə zənglərdə əhəmiyyətli qənaətdən başqa, IP-telefoniya, internet xidmətləri telefoniyaya inteqrasiya etməyə imkan verərək sizin üçün prinsip etibarilə yeni imkanlar açır. Bunlar eyni zamanda mətn şəklində məlumatlar göndərmək imkanı ilə videozənglər; pulsuz ünvanlandırma, audiokonfrans, avtomatik zəng və nömrənin müəyyən olunması; abonentin zəng üçün əlçatan olmasıdır;

TV


IP-TV
Radiotezliklərin icarəsi
Şirkətimiz peşəkar radiostansiyaların həm qısamüddətli, həm də uzunmüddətli icarəsi üzrə xidmətlər təklif edir. Bizim bütün radio stansiyalarımız ümumi qəbul edilmiş qaydada qeydiyyatdan keçirilmiş və radiotezliklərin istifadəsinə icazə verən bütün sənədlərlə təmin edilmişdir. Müxtəlif tədbirlərin keçirilməsi zamanı istifadə olunan avadanlıq üzrə ondan çox həll mövcuddur. Tədbirdən, obyekt tipindən və rabitənin hansı məsafələrdə təmin olunmasındanasılı olaraq, radiostansiyaların müəyyən tipi, eləcə də onlar üçün aksessuarlar seçilir. Şirkətimizaşağıdakılara zəmanət verir və təmin edir: icarə olunan radiostansiyalara qarşı iddiasızlıq, həm mühitə, həm də istismar şərtlərinə davamlılıq. Radiostansiyaları sutka boyu gücləndirilmiş istifadəyə hesablanmış rütubətə davamlı və zərbəyə davamlı növdə təklif edirik.

Keyfiyyət
Dürüstlük
İnnovasiyalar
Loyallıq
Nəaliyyətlərimiz
Göstərdiyimiz xidmətin səviyyəsini əldə etdiyimiz nailiyyətlərdən görə bilərsiniz.