Biznesinizi yeni keyfiyyət səviyyəsinə çatdırın!
QTechQTechQTech
B.e - Cümə: 10:00 – 18:00
info@qtech.az
Baku, AZ 1068

İnfrastruktur və kommunikasiya xətlərinin çəkilişi

 

«Qafqaznet MMC» mütəxəssisləri sizin üçün istənilən mürəkkəblikdə layihə həyata keçirməyə hazırdırlar

Şəbəkələrin layihələndirilməsi və qurulması.
Hər bir müasir binanın keyfiyyətli telekommunikasiya bünövrəsinə ehtiyacı var. Rabitə şəbəkələrinin layihələndirilməsi və yaradılması üzrə çoxillik təcrübəyə malik olaraq, «Qafqaznet MMC» mütəxəssisləri sizin üçün istənilən mürəkkəblikdə layihə həyata keçirməyə hazırdırlar – layihə sənədlərinin hazırlanmasındanbinanın müasir strukturlaşdırılmış kabel sistemi və rabitə şəbəkəsi ilə tam təchizatına qədər.
Layihələndirmə mərhələsində biz iş həcminin qiymətləndirməsini aparırıq, müəyyən tapşırıq üçün hansı avadanlığın istifadə edilməli olduğunu və bunun neçəyə başa gələcəyini hesablayırıq, layihənin həyata keçirilməsi üçün tələb olunan bütün razılaşdırmaları alırıq. Həmçinin biz şəbəkələrin qurulması, avadanlığın təchizatı və onun sazlanması, istənilən səviyyəli şəbəkələrin – həm kabel infrastrukturu, həm də istənilən mürəkkəblikdə rabitə şəbəkələrinin texniki xidməti üzrə işləri yerinə yetiririk.

Optik lif
Müasir zamanda yüksək sürətli və keyfiyyətli internet dəbdəbə deyil, ən zəruri tələbatdır. Bu, həm ayrı-ayrı şəxslərə, həm də müasir bazar şəraitində işləyən işgüzar strukturlara aiddir. Hal-hazırda şəbəkəyə girişin təşkilinin ən səmərəli həllərindən biri optik lifdən olan kabel vasitəsilə işləyən optik lifli şəbəkədir.
Optik lifli internet — rabitənin keyfiyyətinin yeni səviyyəsi

«Qafqaznet MMC» ən keyfiyyətli və etibarlı optik lif rabitəsinin təmin edilməsi üçün internetə qoşulmanı təqdim edir. Bu zaman biz şəbəkələrin formalaşdırılması üçün bir neçə texnoloji və memarlıq həll variantlarını təklif edirik.
Optik lifli internetrabitəsinin əsas üstünlükləri

İnternetin optik lifli kabel vasitəsilə qoşulması müştəri üçün bir çox üstünlükləri təmin edir. Optik lifin keyfiyyətli xüsusiyyətləri sayəsində bu cür rabitə kanalları aşağıdakılarla fərqlənir:

• Uzunömürlülük və müstəsna keçiricilik qabiliyyəti;
• Birləşmənin qüsursuz keyfiyyəti və təhlükəsizliyi — şəbəkəyə icazəsiz müdaxilə praktiki olaraq tam istisna olunur;
• Aşağı səviyyəli səs və xətdə nasazlıqlara qarşı əla müdafiə;
• Verilənlərin, o cümlədən audio və videoməlumatın yüksək ötürülmə sürəti;
• Sistemin əlavə xidmətlər, o cümlədən telefon infrastrukturu, video-müşahidə şəbəkəsi və mühafizə qurğularınıntəşkili üçün açıq olması.

Kabelin çəkilməsində kanalların uzunluğu üzrə heç bir məhdudiyyət olmadığından, optik lifli internet hətta məsafə baxımından uzaqda olan obyektlərlə belə birləşməni həyata keçirməyə imkan verir.

Keyfiyyət

Əsas məqsədimiz etibarlı partnyor kimi əməkdaşlığı və yüksək səviyyəni təmin etmək üçün keyfiyyətli xidmət göstərməkdir.

Dürüstlük

Tərəfdaşlarımızla uzunmüddətli işi və davamlı inkişafı təmin etmək üçün bütün fəaliyyətimizi tam dürüstlük prinsipi əsasında həyata keçiririk

İnnovasiyalar

Ən uğurlu nəticələrə nail olmaq üçün biz daim yeni fikirlər axtarışındayıq və bu fikirlərlə tərəfdaşlarımıza innovativ xidmət təklif edirik.

Loyallıq

Biz müştəriyönümlü siyasət ilə müştərilərimizə qarşılıqlı etimad, ortaq dəyər və xüsusi diqqət yetirməklə onların loyallığını hər zaman artırırıq.
Uğurlarımız

Nəaliyyətlərimiz

Göstərdiyimiz xidmətin səviyyəsini əldə etdiyimiz nailiyyətlərdən görə bilərsiniz.

Müştəri məmnuniyyəti
99%
Layihəni tamamlama sürəti
90%
Müştəri geri dönüşü
96%
1 +
İldən çox sizlərlə
1 +
Müştərilərimiz
1
Peşəkar əməkdaş
1 +
Hazır layihələr

Subscribe to our newsletter

Sign up to receive latest news, updates, promotions, and special offers delivered directly to your inbox.
No, thanks
X